Eldar Mahmodov ətrafında yeni oyun: Onu kim təmizə çıxarmaq istəyir?


Mənə elə gəlir ki, bu ifadələr Eldar Mahmudovun müdafiəsinə yönəlib”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış hüquqşünas Əsabəli Mustafayev deyib. O, “MTN işi” çərçivəsində təqsirləndirilən şəxslərdən biri – MTN-in sabiq əməkdaşı Yasin Məmmədovun açıqlamasına münasibət bildirib.

Xatırladaq ki, Yasin Məmmədov icraatında olan cinayət işləri üzrə birbaşa sabiq baş prokuror Zakir Qaralov və onun 1-ci müavini olmuş Rüstəm Usubovun şifahi və yazılı göstərişlərini icra etdiyini deyib.

Öz növbəsində Ə. Mustafayev söyləyib: “Əvvəllər deyirdilər ki, Eldar Mahmudov nazirimiz idi və biz də onun dediklərini etmişik. İndi isə bunu yönəldiblər keçmiş baş prokuror Zakir Qaralovla onun müavini Rüstəm Usubovun üzərinə. O cinayətlərin törədilməsində yaradılan imkanlarda Zakir Qaralovla Rüstəm Usubovun fövqəladə rolu var. Bu, aydın məsələdir. Çünki bu şəxslər onlara imkan verməsəydilər, kimi ki tutmaq istəyirlərsə, onlar barədə MTN əməkdaşlarına təqdimat verməsəydilər, MTN belə özbaşınalıq edə bilməzdi.

Aydın məsələdir ki, Zakir Qaralovla Rüstəm Usubov Eldar Mahmudovla eyni səviyyədə məsuliyyət daşıyır. O cinayətdə onların hamısının əli var. Çünki həmin işlərə baxdıqda bu işlərin qondarma olduğu dərhal görünür. Özü də onu da deməliyəm ki, hansı istintaq idarəsində təqdim olunmasından asılı olmayaraq, ittiham aktı Baş Prokurorluq tərəfindən təsdiq olunmalıdır. Yəni Baş Prokurorluğun fövqəladə səlahiyyətləri var. Əgər o səlahiyyətləri həyata keçirməyibsə, artıq bu, cinayətdir. Onlar həmin məhkəmə proseslərində mütləq dindirilməlidir”.

Müsahibimizin sözlərinə görə, praktikada o da var ki, Zakir Qaralovla Rüstəm Usubovun müstəntiqlərə birbaşa göstəriş verməsi mümkündür:

“Biz təcrübədə də görürük ki, hakimlərə də, müstəntiqlərə də göstəriş verirlər. Əgər kimsə deyir ki, Rüstəm Usubov ağır cinayətlərin törədilməsində mənə göstəriş verib, əlbəttə, o dindirilməlidir ki, bu verilən ifadə nə qədər həqiqidir.

Hətta, məncə, Rüstəm Usubovla Zakir Qaralov işdən çıxarılmamalıydı, əksinə, həbs olunmalıydı. Ən aşağısı səhlənkarlıqla, vəzifəsindən sui-istifadə etməklə həbs olunmalıydı. Mən hələ korrupsiyanı, filanı qoyuram kənara. Bunlar artıq göz qabağındadır”.

“Texnika Bank” işinə toxunan hüquqşünas əlavə edib:

“Mən “Texnika Bank” işində də çıxırdım və o zamanlar mətbuatda da müsahibə verirdim. Hər zaman da deyirdim ki, bu, qondarma işdir və bu iş ona yönəlib ki, “Texnika Bank”ın əmlakını bir qrup adam ələ keçirsin. Mənə o vaxtı irad tuturdular, ən çox da MTN işçiləri. İstintaq qrupunun rəhbəri var idi, bir zamanlar təqsirləndirilən şəxs kimi çıxış edirdi -  Vüsal Ələkbərov. O və digərləri mənə irad tuturdular ki, belə müsahibələr vermək olmaz. Sonradan bu, öz təsdiqini tapdı. Onlar “Texnika Bank”ı ona görə sıxışdırırdılar ki, həmin bank Etibar Əliyevdən alınsın və verilsin Cahangir Hacıyevə - hansı ki, o, Eldar Mahmudovun qudası idi. Biz bunu görürdük, işin içindəydik və deyirdik, ancaq sözümüzə qulaq asan yox idi. O cümlədən Zakir Qaralovla Rüstəm Usubov onları dəstəkləyirdi”.

Əsabəli Mustafayev bildirib ki, “MTN işi” ölkənin imicinə çox böyük bir zərbədir: “Əgər biz özümüzü hüquqi dövlət hesab ediriksə, bunun kökünü kəsməliyik. O cümlədən də yuxarıda sadaladıqlarım şəxslər barəsində. Çox ağır cəzalar tətbiq olunmalıdır ki, hamı bilsin, törətdikləri əməllərə görə nə vaxtsa cavab verməli olacaqlar. Lakin, çox təəssüf ki, bunu görmürük.

Necə oldu Vüsal Ələkbərovu 4-5 ildən sonra buraxdılar? O, ömrü boyu həbsdə oturmalıydı. Çünki ona o qədər maddələrlə ititham qaldırılmışdı ki... Yaxud digərləri var idi ki, onların da hamısını buraxdılar. İndi bircə Mövlam Şıxəliyev içəridədir, qalan hamısı çöldə. Belə şey, belə hüquqi dövlət olar?! Ola bilməz axı belə. Ona görə də o birilər onlara baxıb bilirlər ki, 3-4 ildən sonra onlar da çıxacaqlar. Onun üçün də belə şeylər edirlər”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}