Dövlət “Vəliyevlər ailəsi”ndən canını qurtarmalıdır


Son 5 il ərzində ölkədə çox ciddi ictimai rezonans doğuran iki hadisədə məhz “Vəliyev qardaşları”nın adı qırmızı xətlə keçir:

  • BİRİNCİSİ: Ermənistana casusluq etdiyi iddia olunan Azərbaycan hərbçiləri 2017-ci ilin aprel-yanvar aylarında fiziki və mənəvi işgəncələrə məruz qaldı, şikəst edildi, öldürüldü. Qeyd edim ki, 2005-ci ildən Azərbaycanın Hərbi Prokuroru Xanlar Vəliyevdir və ölkədə hərbçilərə qarşı həyata keçirilən işgəncələrə (əslində – terror) görə X.Vəliyev ən böyük məsuliyyət sahiblərindən biridir. Heç şübhəsiz, Tərtər cinayətlərinin sifarişi Rusiyadan gəlib və Azərbaycanda bu işin əsas siyasi kuratorlarının, icraçı generalların, bu cinayətlərə susqun qalan (halbuki müdaxilə edə bilərdi) və hələ də mühüm vəzifələrdə olan şəxslərin kimliyi çoxumuza bəllidir. Məqsəd Azərbaycan ordusuna qarşı inamsızlıq yaratmaq, ordunun satqınlardan ibarət olduğunu isbatlamaq və gələcəkdə Qarabağın azad olunması üçün atılan bütün addımları iflasa uğratmaqdan ibarət idi. 2021-ci ilin dekabrında Baş Prokurorluqda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradıldı və bu işin Prezidentin nəzarəti altında olması günahkarların cəzalandırılacağına olan ümidləri də artırır. Məsələ bundadır ki, X.Vəliyev düşdüyü situasiyanın çıxılmaz olduğunu dərk etməkdə acizlik çəkmir. X.Vəliyev “Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdır” deməklə, siyasi hakimiyyətin ən üst kataloqunda təmsil olunan məmurları da şantaj edir. Ardınca da ona yaxınlığı ilə seçilən keçmiş hərbçilər iddia edirlər ki, guya X.Vəliyev müxtəlif qurumlarda ciddi yoxlamalar aparır və buna görə də onu “vurmaq” üçün Tərtər hadisələrində zərərçəkənlərin ailə üzvlərinin aksiyasını təşkil ediblər. Bu şəxslərin dili ilə Baş Prokuroru və Müdafiə nazirini şantaj edən X.Vəliyev bu günə qədər Orduda baş verən hərbi cinayətlərdən qazandığı milyonlar hesabına özünü qorumağı bacarıb. Artıq gecdir…

Vacib: Hərbi Prokurora vaxtilə dislokasiya olunmuş hərbi hissədə baş verən ağır hərbi cinayətlər, öz zabit-əsgər heyəti tərəfindən məqsədli şəkildə zorlanan əsgərlər və bu cinayətlərin əsas icraçısı olan hərbi hissə komandiri haqqında (həmin hərbi hissə komandiri vaxtilə X.Vəliyevin qəbulunda da olub) adlarla konkret suallar da ünvanlaya bilərəm.

X.Vəliyevdən saxta “dəlilik kağızı” alan hərbi hissə komandirini nə üçün qoruduğunu soruşmaq elə də çətin deyil. Kimlərin tapşırığı ilə… Bir şilləyə görə valideynlərindən rüşvət tələb olunan əsgər postda hansı şəraitdə dünyasını dəyişdi?

  • İKİNCİSİ: 2018-ci ilin iyul ayının 3-də X.Vəliyevin qardaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən sui-qəsdə məruz qaldı. Y.Səfərov Rusiya vətəndaşıdır, silahlı dini birləşmələrin tərkibində xarici ölkələrdə, eləcə də Suriyada təlimlər keçib. Y.Səfərovun müdafiəsini isə İran təşkil edirdi. Bu məsələdə Gəncə şəhəri və E.Vəliyevin özü də boş yerə seçilməmişdi.

İzahı olmalıdır ki, Azərbaycanın qonşusu niyə məhz “Vəliyev qardaşları”nın adı qırmızı xətlə keçən və ölkədə çox ciddi rezonansa səbəb olan iki böyük hadisəni törətməli olub!?

Bir qardaşın adı Azərbaycan hərbçilərinə qarşı həyata keçirilən terrorda hallanır, o biri qardaş isə terrorun (sui-qəsdin) qurbanı oldu.

Dövlət “Vəliyevlər ailəsi”ndən canını qurtarmalıdır. Özü də yubanmadan və təcili!

P.S. Xanlar Vəliyevə məxsus villaların, ticarət obyektlərinin fotolarını, ünvanlarını və bu şəxslərin də aid olduğu kriminal qruplaşmalar haqqında məlumatları gözləyin…

Tezliklə…azinforum.az



Oxşar Xəbərlər

Xəbər lenti