Şamaxı RİH-dən “Tahir Məmmədov 3 milyon manatlıq avtomobil alır” xəbərinə REAKSİYA


Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) mətbuat orqanlarında yayılan "Tahir Məmmədov 3 milyon manatlıq avtomobil alır (https://hurriyyet.az/az/post/tahir-memmedov-3-milyon-manatliq-avtomobil-alir-371403)" başlıqlı xəbərlə bağlı məlumat yayıb.

Şamaxı RİH-dən sorğuya cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2022-ci il tarixli 3143 saylı Sərəncamı əsasında Şamaxı Rayon İcra Hakimiyyətinə Şamaxı rayonunda məişət tullantılarının daşınması və utilizasiyası, yolların təmizlənməsi, ictimai nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi üçün texnika və avadanlığın alınması məqsədilə 3 000 000 (üç milyon) manat vəsait məbləği ayrılıb: “2022-ci ilin sonuna kimi icrası başa çatdırılmalı olanlar kateqoriyasına aid olan layihənin icrası məqsədi ilə 11 aprel 2022-ci il tarixində 43 nömrəli sərəncamla tender komissiyası yaradılıb. Tender 27 dekabr 2001-ci il tarixli 245-IIQ nömrəli Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanuna uyğun olaraq keçirilmişdir. Tenderdə iştirak üçün 5 (beş) şirkət (“UDT-Texnika” MMC, “Caspian Techno Group” MMC, “Havaline” MMC, “Grand Motors Company” MMC, “Proshop” MMC) müraciət etmiş, onlardan 1 (bir) şirkət (“UDT-Texnika” MMC) iddiaçı olaraq təqdim etdiyi sənədlərdə anbarının olmasını təsdiq edə bilməməsi səbəbindən tenderdən kənarlaşdırılıb. Tələb olunan müddət gözlənilməklə tender zərfləri 18.05.2022-ci il saat 11:00-da açılmış, 4 (dörd) şirkət arasından ən aşağı qiyməti təklif edən “Havaline” MMC seçilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti açıq tenderin nəticəsi barədə tərtib olunmuş yekun protokolu 27 may 2022-ci il tarixində 5p/2516 nömrəsi ilə qeydiyyata alınıb”. \\ Pravda.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}