23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Bu ilin yanvar-aprel ayları ərzində turizm məqsədilə Azərbaycanda 219 min 650 nəfər xarici ölkə vətəndaşı səfər edib.Rəsmi məlumatlarda bildirir ki, Azərbaycana turizm məqsədilə gələnlərin 41%-i və ya 91 min 34 nəfəri ölkəyə quru yolla daxil olub.Quru yolla Azərbaycana daxil olan əcnəbi turistlər aşağıdakı ölkələrin vətəndaşları olublar:Türkiyə – 35 384 nəfərİran – 26 994 nəfərRusiya – 16 900 nəfərGürcüstan – 7 709 nəfərUkrayna – 1 450 nəfərÖzbəkistan – 852 nəfərBelarus – 482 nəfərQazaxıstan – 341 nəfərQırğızıstan – 138 nəfərMoldova – 113 nəfərTacikistan- 64 nəfərTürkmənistan – 41 nəfərMacarıstan – 6 nəfərRumıniya – 1 nəfərMəlumat üçün bildirək ki, koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqəsdilə Nazirlər Kabineti tərəfindən 2020-ci ilin aprel ayında Qərar qəbul edilib. Qərara əsasən Azərbaycan ərazisinə yerüstü nəqliyyatı yolu ilə giriş-çıxış (yükdaşımalar istisna olmaqla) dayandırılıb.A. Cəfərov