SON DƏQİQƏ! “Ermənistan bu əraziləri təslim etmək məcburiyyətində qalacaq" - Ara Papyandan ETİRAF

Bizim Rusiya ilə gələcəyimiz yoxdur. Çünki Rusiya Ermənistanın, o cümlədən “Artsax”ın təhlükəsizliyini təmin edə bilməz və bunu istəmir”.

Bu fikirləri erməni siyasi ekspert Ara Papyan səsləndirib.

O erməni mediasına müsahibə verib:

– Cənab Papyan, Nikol Paşinyan bəyan edib ki, yeni yol istifadəyə verildikdən sonra Laçın rayonu və Zabux kəndi Bakının nəzarətinə keçəcək. Bunu necə qiymətləndirirsiniz?

– Mən bunu 9 noyabr 2020-ci il tarixli bəyanatın digər bəndinin yerinə yetirilməsi kimi qiymətləndirirəm. Beləliklə, bu sənəddə yeni heç nə yoxdur. Biz bu sənədə qarşıyıq və orada hələ də çoxlu neqativlər var. O cümlədən, bu sənədin 6-cı bəndində deyilir: “Tərəflərin razılığı ilə yaxın 3 ildə Laçın dəhlizinin perimetri boyu Xankəndi ilə əlaqəni təmin edəcək yeni yol marşrutunun çəkilməsi planı hazırlanacaq. Azərbaycanlılar bu yolu üç il qabaq çəkiblər. Çünki bu yolda maraqlıdırlar. Rus qoşunları yeni yolda yerləşdiriləcək. Ona görə də bu ərazilərin təslim edilməli olduğu deyilir. Bunun qarşısını almağın bir yolu var idi – Minsk qrupunun həmsədrliyinin fəaliyyətinin bərpası və bu formatda danışıqlar. Amma Ermənistan hakimiyyəti buna qarşıdır. Həmsədrlər 2020-ci ilin dekabrında İrəvana gələndə onlar ABŞ və Fransadan olan nümayəndələrlə görüşmək istəmədilər. İndi də öz əkdiklərini biçirlər.

– Yeni yolun çəkilməsi nələr vəd edir?

Erməni tərəfi üçün bu, hazırki dəhliz boyu yerləşən yaşayış məntəqələrinin təslim olması deməkdir. Amma bu ərazilərə milyonlarla dollar sərmayə qoyulub, yüzlərlə ailə orada yaşayırdı. Üstəlik, Ermənistan rəhbərliyinin çəkdiyi yeni yolun coğrafiyası daha bərbaddır. Qışda yoldan istifadənin çətinləşəcəyi gözlənilir. Digər tərəfdən bu, açıq şəkildə göstərir ki, Rusiya bizim müttəfiqimiz deyil. Türkiyə və Azərbaycanın tərəfində oynayır. Moskva istəsəydi, hər şeyi təxirə sala bilərdi.

– Lavrov bir müddət əvvəl Minsk Qrupunun fəaliyyətini dayandırdığını bildirmişdi. Rusiyanın bu davranışını necə qiymətləndirirsiniz?

– Bu, Rusiyanın Türkiyə və Azərbaycanın maraqlarını müdafiə etdiyini təsdiqləyir. Rusiya Minsk Qrupunu boykot edir, çünki ABŞ təkliflər irəli sürməyə başlasa, Türkiyə həmsədr olmadığı üçün müqavimət göstərə bilməyəcək. Rusiya üçün bunu etmək daha asandır və Kreml Minsk Qrupunun işini faktiki olaraq iflic edir.

– Paşinyan deyib ki, Bakı görüşdən imtina edir, bu da müharibə təhlükəsindən xəbər verir. Proseslərin gedişini necə qiymətləndirirsiniz?

– Baş verənlər göstərir ki, Türkiyə və Azərbaycan öz siyasətlərini ardıcıl şəkildə həyata keçirir. Azərbaycan və Türkiyə ilə yanaşı yaşamaq isə ancaq hərbi-siyasi balans üzərində qurula bilər. Əks halda, onların tələblərini yerinə yetirməklə heç nəyə nail olmayacağıq. Və biz yalnız Qərbin dəstəyi ilə güclü ola bilərik. Bu, bizim yeganə çıxış yolumuzdur. Baxmayaraq ki, bu cür dəstəyi təmin etmək olduqca çətindir. Bizim Rusiya ilə gələcəyimiz yoxdur. Çünki Rusiya Ermənistanın, o cümlədən “Artsax”ın təhlükəsizliyini təmin edə bilməz və bunu istəmir. \\KONKRET.az



Oxşar Xəbərlər

Xəbər lenti