Braziliyalı model Ukraynada həlak oldu


Hurriyyet.az “Sabah” nəşrinə istinadla xəbər verir ki, müharibədə iştirak eləmək üçün Ukraynaya getmiş braziliyalı maniken Talita do Valle həlak olub. Snayper kimi vuruşan braziliyalı manikenin olduğu hərbi sığınacağa raket tuş gəlib. Hüquq fakültəsinin məzunu olduqdan sonra maniken və aktrisa kimi fəaliyyət göstərən 39 yaşlı braziliyalı model 3 həftə əvvəl Ukraynaya getmişdi. "San" qəzetinin yazdığına görə, o, hücum zamanı hərbi sığınacaqda qalmış yeganə hərbçi olub.

Valle sosial şəbəkələrdə yaydığı videolarda İŞİD-ə qarşı döyüşdüyü zaman snayper təlimləri keçdiyini göstərmişdi.  

“San” nəşrinə müsahibə verən qardaşı Rodriqo Viera onun insanları xilas edən qəhrəman olduğunu söyləyib. Snayper qadın son dəfə ailəsi ilə ötən həftənin bazar ertəsi günü, Xarkova yola düşərkən telefonla əlaqə saxlayıb.

Hürr Tərcüman



Oxşar Xəbərlər

Xəbər lenti