28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
“Müəllimlərimlərin toxunulmazlıq statusu olmalıdır. Müəllimlər toxunulmaz olmalıdır, onları bu cür aşağılamaq, pis günə qoymaq gələcəyimizi məhv etməkdir…”
Bu sözləri Yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
Sənətçi müəllimlərin əmək haqqlarının artırılması, səlahiyyətlərinin genişləndirilməsi və s. nüanslara toxunub:
“Elmi, təhsili olmayan millətdən nə olacaq? Xudu Məmmədov o vaxt tələbələrinə deyirdi ki, pis oxuyan tələbə yoldaşlarınızla dost olun, çünki sonra onlar sizə rəhbərlik edəcəklər. Bax, bu günün faciəsi budur. Necə olur yerindən qalxan hansısa bazar alverçisinin, yaxud əxlaqsız, rüşvətxor məmurun övladı “Mercedes”də, cipdə gəzir, amma müəllim şalvarını sürtə-sürtə metroda avtobusda gəzir. Sonra da uşaqlar onu adam yerinə qoymur. Bu gün müəllim uşağa söz deyə bilmir, belə şey olar?! Müəllimə uşağı döyməyə qədər səlahiyyət vermək lazımdır”.
Rejissor şagirdlərə müəyyən cəzaların tətbiq edilməsinin tərəfdarı olduğunu bildirib:
“O vaxt Qori seminariyası vardı, Azərbaycanın ən nəhəng dahiləri o seminariyadan çıxıb, çünki orda fallaqqa, çubuq vardı. Cəzasız uşaq tərbiyə edilər! Azərbaycanda yüzdən çox özəl tədris məktəbi açılıb, bu nədir? Onlar nə ilə məşğuldur? Attestatla pul alıb xaricə oxumağa göndərirlər, bu nə işdir, bunun arxasında kim dayanır? Bunlara son qoyulmalıdır”.