26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.
Sozcu.info xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Minval” nəşri məlumat yayıb.
Məlumata görə, bu gün saat 17:15-də Azərbaycan ordusunun nəzarət-buraxılış məntəqəsində Rusiya Federasiyası sülhməramlılarının Ağdam vasitəsilə Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət edən 1 ədəd 82A zirehli transportyoru və 3 ədəd “Ural” markalı avtomobildən ibarət hərbi kolon yoxlamaq üçün saxlanılıb.
Baxış zamanı avtomobillərdən birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd "Kalaşnikov" avtomatı (AKM) aşkar edilib.
Qaydaların kobud şəkildə pozulmasına - silah və sursatların sənədsiz daşınmasına cavab olaraq, hərbi kolon geri qaytarılıb.