26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.DİA.AZ-ın APA-ya istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı Şahin Şıxəliyev vəzifəsindən azad olunaraq Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin edilib.Qeyd edək ki, həmin bölmənin sabiq rəisi, polis mayoru Qubad Qasımov bir müddət əvvəl yol qəzasında həlak olub.