SON DƏQİQƏ! Dünya uçurumun kənarında: Ordu hərəkətə keçdi - İLK GÖRÜNTÜLƏR


Çin-Tayvan münaqişəsində gərginlik pik həddinə çatıb. Çindən gələn bütün xəbərdarlıqlara baxmayaraq, Tayvana səfər edən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu gün Tayvanı tərk edib. Dünyanı fəlakətə sürükləyən səfərdən sonra nələr baş verib?

Bölgədə gərginliyin pik həddə çatmasına səbəb olan səfər baş tutub. Dünən axşam saatlarında Pelosini daşıyan təyyarənin Tayvana enməsi ilə böhran dərinləşməyə başlayıb.

Hurriyyet.az xəbər verir ki, Britaniyanın "Daily Mail" qəzeti Pekinin Tayvanın hava hücumundan müdafiə zonasına 21 qırıcı və J-20 təyyarəsi göndərdiyini yazır.

 

Pelosinin səfərini "son dərəcə təhlükəli" adlandıran Pekin administrasiyası bölgədəki qoşunlara xəbərdarlıq edib və Çin ordusu təlimlərə başlayıb. Bununla bağlı yayılan görüntülər qısa zaman ərzində dünya mediasının diqqət mərkəzində olub.

Çinin "Weibo" sosial şəbəkəsində yayımlanan görüntülərdə tankların Çindəki adaya ən yaxın nöqtə olan Fujian sahilinə eniş üçün mövqe tutduğu anlar əks olunub. Çin ordusunun Tayvanı hava və dəniz blokadasına aldığı bildirilir.

Çin mediasının dərc etdiyi təlim xəritəsindən aydın olur ki, ada tamamilə

mühasirəyə alınıb. 

 

Bildirilir ki, Pekin administrasiyası heç bir xarici təyyarə və ya gəminin təlim bölgələrinə daxil olmasını istəmir.

"Çin ordusunun hərbi təlimlər keçməsi milli suverenliyi qətiyyətlə qorumaq üçün zəruri və ədalətli addımdır", - Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying bildirib.

Tayvan Müdafiə Nazirliyi Çinin hərbi təlimlərinin əsas liman və şəhər ərazilərinə ciddi təhlükə olduğunu açıqlayıb və vaxtı gələndə lazımi cavabın veriləcəyini vurğulayıb.

Qeyd edək ki, bölgədə ABŞ-ın 4 hərbi gəmisi var ki, onlardan biri "USS Ronald Reagan" təyyarədaşıyan gəmidir. ABŞ rəsmiləri bu xəbərləri təsdiqləsə də, təhlükəsizlik baxımından gəmilərin dəqiq yerini açıqlamırlar.

Digər tərəfdən Çinlə yaşanan böhranın fonunda ABŞ və İndoneziya orduları Sumatra adasında ilk dəfə olaraq birgə döyüş təlimlərinə başlayıb. Təlimdən görüntülər ictimaiyyətlə paylaşılıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}