Azərbaycanın quru sərhədləri AÇILIR?


Azərbaycanda sentyabrın 1-dən sonra xüsusi karantin rejimində bir sıra gigiyenik normaların məcburi tətbiqi saxlanılmaqla, yumşalmaya gediləcəyi, həmçinin quru sərhədlərin açılacağı gözlənilir. Sərhədlərin açılması yoluxma sayını artıra bilərmi?

Millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, qərar xəstəliyin necə yayılmasından asılı olaraq verilməlidir: “Dünyada və Azərbaycanda müəyyən simptomlar olsa da, geniş yayılma müşahidə olunmur. Ümid edək ki, vəziyyət mənfiyə doğru dəyişməyəcək və vətəndaşlarımız sərbəst həyata davam edə biləcəklər. Təcrübə göstərdi ki, xəstəliyin geniş yayılması ilə bağlı tətbiq olunan məhdudiyyətlər həm iqtisadiyyata, həm də insanların psixoloji durumuna mənfi təsir göstərir. Yenidən məhdudiyyətlərin tətbiq olunması insanlara qismən olsa da, sıxıntı yaradacaq. Allah bizi bir də bu xəstəliklə sınamasın. Bəşəriyyət bir çox fəlakət yaşadı, çox sayda itkimiz oldu”.

 

Fazil Mustafa: “Elm sahəsində plagiat baş alıb gedir” - AzEdu.az AZƏRBAYCAN  TƏHSİL PORTALI

Fazil Mustafa:“Ümid edək ki, vəziyyət mənfiyə doğru dəyişməyəcək və vətəndaşlarımız sərbəst həyata davam edə biləcəklər”

İnfeksionist-hepatoloq Mərdan Əliyev isə qeyd edib ki, payıza doğru yoluxmaların artacağı ehtimal olunur: “Yoluxmaların az olduğu zaman quru sərhədlər açılmadısa, payızda açılması tibbi baxımdan doğru deyil. Əslində, ölkəyə daxil olan şəxslərdən test götürülərsə, quru sərhədlərinin açıq yaxud bağlı olmasının yoluxma sayına o qədər də böyük təsiri yoxdur. Hava yolları açıq olduğu üçün gediş-gəliş var. Quru sərhədlərinin açılması ilə bu say arta bilər. Bunu nəzərə alaraq, sərhədlərin açılacağı ehtimal olunmur. Açılsa belə, payıza doğru yenidən qapanma ola bilər. Payıza doğru yoluxma artacaq. Payız aylarında digər respirator xəstəliklərin yayıldığını da nəzərə alsaq, quru sərhədlərin açılması doğru olmazdı”.

Medicina.az - Yoluxma bir ay ərzində pik həddə çatacaq - İnfeksionist

 Mərdan Əliyev: “Yoluxmaların az olduğu zaman quru sərhədlər açılmadısa, payızda açılması tibbi baxımdan doğru deyil”

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz “Facebook” səhifəsində qeyd edib ki, bəziləri quru

sərhədlərin bağlı olmasını tənqid edib, bunu təyyarə biletlərinin baha satılmasına təkan verdiyini bildirib: “...Düşünürəm ki, Müşahidə Şurası və aidiyyatı qurumlar ən qısa müddətdə büdcədən xeyli vəsait alan AZAL-ın  qiymət siyasətinə yenidən baxılması üçün ciddi addımlar atmalı, bununla bağlı hökumətə təkliflər verməlidir. Naxçıvana təyyarə biletləri tapılmır, uzun növbələryaranıb,  aviabiletlərin turizm şirkətlərinə satıldığı bildirilir. AZAL bu istiqamətə  uçuşların da biletini bir müddət öncə qaldırıb. Təyyarələr çatışmır. Quru yollar bağlı olduğundan və Türkiyəyə birbaşa reyslərin bileti də hədsiz baha olduğundan sərnişinlər Bakı-Naxçıvan reysini seçərək Naxçıvan üzərindən  Türkiyəyə keçmək istəyir. Bu səbəbdən də həmin istiqamətdə uçuş üçün tələbat artıb və AZAL bu tələbatı ödəyə bilmir. Düşünürəm ki, hökumət bu məsələyə ciddi müdaxilə etməlidir, təyyarələrin sayının artmasına diqqət yetirməli, gediş üçün seçim imkanlarını artırmalıdır Uzun müddətdir ki, Azərbaycanda dəmir yolunda da daxili istiqamətlərdə sərnişin daşımaları dayandırıb”. 

O.Gündüz habelə ölkədaxili qatarların hərəkətinin ləğv edilməsi ilə bağlı   heç bir ağlabatan açıqlamalar verilmədiyini diqqətə çatdırıb: “Yalnız bir dəfə ADY bu haqda məlumat verib ki, yerli istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçid işləri aparılır.  Bu işlər tamamlandıqdan sonra qatarların ölkədaxili fəaliyyəti bərpa ediləcək.  Müşahidələr isə göstərir ki yerli dəmir yol xətləri də bərbad gündədir və aparılan yenidənqurma işləri haqıqnda heç bir açıqlama verilməyib. Nazirlər Kabinetinin rəsmi açıqlamasına görə dəmir yolu ilə sərnişin daşımasındakı problemlər Operativ Qərargahın göstərişi deyil və bu , təbii inhisar subyekti olan ADY ilə bağlıdır. Lakin iki ildir ki, yerli istiqamətlər üzrə, Bakı-Balakən, Bakı-Ağstafa, Bakı-Astara , Bakı-Qazax  istiqamətləri üzrə qatarlar işləmir.

Düşünürəm ki, təbii inhisar subyektləri olan AZAL və ADY-nin apardığı siyasət, formalaşdırdığı mühit və cari addımları mövcud normalara ziddir. Əgər uzun illər fəaliyyət göstərən təbii inhisarçı göstərdiyi xidməti süni olaraq əngəlləyərsə onda  ölkəmiz üçün və vətəndaşlarımız  üçün daha dözülməz mühit formalaşacaq.

Ümid edirəm hökumət, xüsusilə də Antiinhisar Dövlət Xidməti,  RİNN və hər iki qurumun Müşahidə Şurası mövcud durumu dəyişmək üçün səylərini gücləndirəcəklər”.

Qeyd edək ki, Türkiyə vətəndaşları Azərbaycanın quru sərhədlərində ölkəni tərk etmək üçün istifadə edə bilərlər. Ancaq sentyabrın 1-dək Türkiyə vətəndaşları üçün quru sərhədindən Azərbaycana daxil ola bilməzlər.Pasportlarını müddəti bitən Türk vətəndaşları isə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə də hava yolları vasitəsi ilə Azərbaycandan Türkiyəyə geri dönə bilərlər.



Oxşar Xəbərlər

Xəbər lenti