28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin səhhətində problem yarandığı, onun Bakıdakı klinikaların birində müalicəyə götürüldüyü iddia olundu.
Bir neçə gün əvvəl baş verən bu proseslə bağlı dia.az-a maraqlı informasiya daxil olub.
Mötəbər mənbə iddia edir ki, Səfər Mehdiyev əslində sapsağlamdır: "Lap turp kimidir. Səhhətində də heç bir problem yoxdur. Sadəcə olaraq, keçmiş sədr ölkədən çıxmaq və özü də birdəfəlik çıxmaq fikrinə düşdüyündən, özü haqqında "xəstədir" şaiyələrini yaydırıb, `yuxarıların` onun gedişinə `dobro`sunu almağa çalışır".
Hər halda Səfər Mehdiyev kimi fiqurların vəzifədən çıxan kimi ölkəni tərk edə bilməsi imkansızdır, xüsusən də o halda ki, keçmiş sədrin komandasının az qala yarısı həbsxanada ola-ola...