28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Ötən (2021-2022-ci) tədris ilində Bakı məktəblərində 11 direktor işdən çıxarılıb, 34-ü intizam məsuliyyətinə cəlb olunub, 33-nə isə xəbərdarlıq edilib. Bu dövrdə 56 direktor müavini işdən çıxarılıb, 10-na xəbərdarlıq edilib.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, ötən tədris ilində Bakıda 39 direktor işə qəbul olunub. Onlardan biri şəhid və ya qazi ailələrinin üzvü olub. 113 direktor müavini və 2550 müəllim işə götürülüb.