28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Bundan sonra zalda olan digər 3 təqsirləndirilən şəxsə və zərərçəkənlərə müraciət etməklə çıxış etmələrini istəyib. Təqsirləndirilənlər və zalda olan zərərçəkənlər çıxışa hazır olmadıqlarını bildiriblər. Hakim bu səbəbdən məhkəmənin sentyabrın 13-nə qədər təxirə salındığını elan edib.
Xatırladaq ki, sentyabrın 6-da keçirilən prosesdə Bahəddin Sultanov MTN-də üzləşdiyi qanunsuzluqlardan danışmışdı.
Zərərçəkən bildirmişdi ki, Vüsal Ələkbərov onun oğlunu qanunsuz olaraq tutub. Bundan sonra ondan Vüsal Ələkbərovun kabinetində oğlunun azad edilməsi üçün 1 milyon dollar tələb ediblər. Pulu vermək istəməyib, özünü də 2 gün qanunsuz olaraq saxlayıblar. Bundan sonra kabinetində şəxsən Mövlam Şıxəliyevə 350 min dollar verib. Bundan sonra oğlunu azad ediblər. Zərərçəkən ona vurulan ziyanın geri
Ceyhun Mahmud oğlu Seyidov, Əhməd Məhəmməd oğlu Mirzəyev, Sərdar Əhməd oğlu İsmayılov, Elvar Layıq oğlu Əliyev, Seyran Burhan oğlu Nəcəfov, Rauf Faiq oğlu Kərimov, Qulam Davud oğlu Bağırov, Qüdrət Baloğlan oğlu Baloğlanov, İbrahim Məhəmməd oğlu Zeynalov, Rauf Qasım oğlu Həsənov, Ələddin Hüseyn oğlu Əliyev, Anar Sadıx oğlu Heydərov, Bahəddin Abdulla oğlu Sultanov, Elşən İsmayıl oğlu Mədətov, Ağasalam Mövlud oğlu Ağamalıyev, Namil Heydər oğlu Rzayev, Etibar Mahmud oğlu Əliyev, Nizami Firudin oğlu Kazımov, Əfsəl Xanlar oğlu Həsənəliyev və Esmira Məcid qızı Bayramova zərərçəkiblər. Cinayət işi üzrə 36 zərərçəkmiş şəxs var.
Musavat.com