26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Beynəlxalq təşkilatların nümayəndələri Britaniya kraliçasının xatirəsini yad ediblər.
BMT-nin Cenevrədəki ofisi, Avropa İttifaqı və NATO təşkilatları Böyük Britaniya kraliçası II Elizabetin xatirəsinə bayraqları yarıya qədər endirib.
Sentyabrın 9-da səhər saatlarında beynəlxalq təşkilatın Cenevrədəki nümayəndəliyinin ərazisinin girişində BMT bayrağı yarıya qədər endirilib.
Avropa Komissiyasının, Avropa Şurasının və Avropa Parlamentinin Brüsseldəki mənzil-qərargahında da bayraqlar yarıya qədər endirilib.
Britaniya kraliçasının matəmi ilə əlaqədar 30 müttəfiq ölkənin də bayraqları Belçikanın paytaxtında NATO-nun mənzil-qərargahı qarşısında yarıya endirilib.
70 il taxtda oturmuş Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.