Milyarderlər “qiyamət günü”nə hazırlaşır – Yeraltı saraylar, 5 illik ərzaq ehtiyatı, saxta parklar... (FOTOLAR)


Texasdakı “Rising S Company” şirkəti bu cür bunkerlərin tikintisi ilə məşğul olur. Şirkətin təklif etdiyi təxminən 50 nəfərlik, 10 600 kvadrat metrlik “Aristokrat” bunkerinin qiyməti 8,3 milyon funt-sterlinqdir. Bunkerdə kinoteatr, sauna, idman zalı, boulinq zalı və hovuz yerləşir. Həmçinin bu bunkerdə yaşıllıqlar və itinizi gəzdirə biləcəyiniz süni parklar mövcuddur.

“Rising S” tərəfindən tikilən ən böyük sığınacağın ərazisi 14 000 kvadrat futdur. Burada yarış atları üçün meydança, lift, çoxlu sayda gizli otaqlar var. Həmin otaqlara yalnız xüsusi icazə ilə girmək

mümkünüdür.

ABŞ-da yerləşən bunkerdə isə Naqasakiyə atılandan 100 dəfə güclü nüvə bombalarından qorunmaq olar.

Bu bunker yerin altında 15 mərtəbəli saray şəklində hazırlanıb. Bunkerin divarları 9 fut qalınlığındadır. Bunkerdə bir mənzilin dəyəri 2,6 milyon funt-sterlinqdir. Bu mənzilin sakinləri hər ay ərzaq üçün əlavə 2000 funt sterlinq ödəməlidir. Bunkerdə beş illik ərzaq ehtiyatı toplanılıb.

Bunkerin sahibi Larry Hall hazırda İngiltərə, Cənubi Koreya və digər ölkələrlə bu obyektlərin yeni versiyalarını qurmaq üçün danışıqlar aparır. Həmçinin l.Hall 23 milyon funt-sterlinqə şəxsi bunkerlər də hazırladıqlarını bildirir.

Hər halda milyarderlər nəyi seçəcəklərinə dair daha tez qərar verməlidirlər. Çünki Putin öz qorxunc təhdidlərini həyata keçirərsə, artıq onların bu bunkerlərə ehtiyacları qalmayacaq”.

Azpolitika.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}