Rusiyanın ilk səfərbərliyə alınmış əsgərləri artıq cəbhənin ön xəttindədir.. -Aleksey Arestoviçdən AÇIQLAMA

Rusiyanın səfərbər etdiyi insanlar artıq Ukrayna cəbhəsinin ön xəttindədir. Bu barədə Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç açıqlama verib.
Onun sözlərinə görə, hərbi xidmətə çağırılan əsgərlər səfərbər olunduqdan sonra onlar Luqansk və Xarkov vilayətlərinə göndəriliblər ki, burada “kəsir doldurulsun”.
"Səfərbər edilmişlərin əsas hissəsi iki həftə ərzində cəbhə xəttinə çatacaq", deyə Aretoviç əlavə edib.
Aretoviçin sözlərinə görə, döyüşə göndərilməzdən əvvəl əsgərlər tam hazırlıq kursu keçməyəcəklər. Onun ehtimalına görə, səfərbərliyin birinci dalğası çərçivəsində əlavə 90 min rus əsgəri döyüşlərə cəlb olunacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}