Rektorla bağlı qalmaqal böyüyür – Audio


Texnologiya Universitetinin (UTECA) rektoru vəzifəsini icra edən Yaşar Ömərovun tabeliyində çalışan işçiləri təhdid edən daha bir audioyazısı ortaya çıxıb.

Belə ki, Yaşar Ömərov vəzifəsinin icrasına başlayandan dərhal sonra keçmiş rektor Akif Süleymanova yaxınlığı ilə tanınan bütün kadrları işdən azad etməyə başlayıb.

Səs yazısını göndərən universitetin keçmiş işçisi Firuzə Qarayeva bildirib ki, Yaşar Ömərov əməkdaşları keçmiş rektora xəbərçilik etməkdə ittiham edərək, əlini stola vurur, onları işdən qovmaqla hədələyir.

Şikayətçi qeyd edib ki, Yaşar Ömərova dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, o buna məhəl qoymayıb və onu təhqir edib:

“Bu səs yazısında Yaşar Ömərov mənə çığırır. Başqa bir müəllimin vasitəsilə məni yanına çağırtdırıb əməkdaşın yanında stola yumruq vuraraq deyir ki, siz məndən gedib Akif müəllimə söz çatdırmısınız (sabiq rektor). Mənsə bildirirəm ki, heç kimə kimdənsə söz çatdırmamışam. Əgər mən belə insan olsaydım 9 ilə yaxın rektor köməkçisi vəzifəsində çalışmazdım. Heç vaxt kiminsə arasında intriqa yaratmağa çalışmamışam. 

Yaşar Ömərov məni o həddə çatdırdı ki, məcbur olub səsini yazdım. Çünki dəfələrlə o insan məni təhqir edib, hətta başqa korpusdan olan müəllimi çağırıb onun yanında məni təhqir edib. Səsini qaldıranda dedim ki, “Akif müəllim səsinizi eşidir, belə qışqırmayın” cavab verir ki, “Cəhənnəmə eşitsin, Akif müəllim!”. O zaman hələ Akif müəllim işini icra edirdi. Bu səs yazısı Akif müəllim işdən çıxmazdan 1 həftə əvvələ aiddir. Dəfələrlə Yaşar Ömərova demişəm ki, bu cür qışqırmaq olmaz, bura təhsil ocağıdır, işçiyə, bir qadına bu cür davranmaq doğru deyil. Özü də Təhsil Nazirliyinin işçisi olub, təhsil sektorunda çalışan şəxsin bu cür rəftarı yolverilməzdir”.

Sözügedən səs yazısını təqdim edirik:



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}