Generalın 180 minlik əmlakı müsadirə olundu- Rütbəsi də alınacaq


Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub E.M) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirova hökm oxunub.

Hökmə əsasən, Nizami Şirinov 8 il, Elcan Abdullayev 6 il, Nadir Nəzirov 4 il müddətinə azadlıqdan mərhum ediliblər.

Elman Tahirovun barəsində olan cinayət təqibinə cəlbetmə müddətinin ötməsi səbəbi ilə xitam verilib. Nizami Şirinovun general xüsusi ali rütbəsinin alınması üçün prezidentə təqdimat göndırilib, üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub.

Xatırladaq ki, Nizami Şirinov Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdu.
"Yeni Müsavat"




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}