26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Mənə bir neçə həkim zəng edərək ciddi bir problemdən bəhs edib. Adrenalin nədir ki, tapılmasın? Buna görə müəyyən cərahiyyə əməliyyatları təxirə salınır. Adrenalin apteklərdə 1 manat 50 qəpiyə satılırdı, indi 150-200 manat olduğu bildirilir".
Bu sözləri Milli Məclisin iclasında çıxış edən deputat Rüfət Quliyev deyib.
Deputat bildirib ki, eyni zamanda Qlükoza, Natrium xlorid, fizioloji dərmanlar tapılmır:
“Mən araşdırma zamanı gördüm ki, bu dərmanları gətirmək üçün böyük prosedur qaydaları keçmək lazımdır. Eyni zamanda daha ciddi problem Rusiya-Ukrayna müharibəsidir. Əgər bu dərmanlar Türkiyədə satılırsa, onu rahat Azərbaycana gətirib, problemi həll edə bilərik”. \\Metbuat.Az