28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
“özəllik” tibbi xidmətdən imtina amacı ilə edilir. Hətta uzun illərdir hərbi tibb müəssisələrinin uçotunda olan və “Hərbi qulluqçuların statusu haqqında” qanunun 13.6 maddəsinə əsasən tibbi təminat hüququ saxlanılan hərbi pensiyaçılar, qazilər, şəhid ailələri də hərbi hospitallarda müayinə və müalicə olunmaq hüquqlarından məhrum ediliblər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Qarabağ qazilərinə, şəhid ailələrinə hərbi tibb müəssisələrinə göndəriş verməkdən imtina edir! (?) Nə Prezident Administrasiyası, nə Heydər Əliyev Fondu, nə Ombudsman sözügedən agentliyi görəvini, missiyasının icrasına məcbur edə bilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin missiyası isə özünün saytında açıqlanıb: “ ZAMANINDAN VƏ MƏKANINDAN ASILI OLMAYARAQ SIĞORTA OLUNANLARIN KEYFİYYƏTLİ
TİBBİ XİDMƏTƏ ƏLÇATANLIĞINI TƏMİN ETMƏK”! Bəs niyə Agentliyi missiyasını yerinə yetirmir, görəv borcuna, TƏBİB -HƏKİM andına və adına xilaf çıxır? Bir göndəriş nədir ki, bir aydır 1-ci dərəcəli Qarabağ qazisi 30 ildir tibbi uçotunda olduğu DİN hospitalına ala bilmir? Belə çıxır, göndəriş də pullu xidmətlər zərfinə daxil edilib.(?) Hələ də Ombudsman Aparatının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədr müavini Nigar Bayramovaya müraciətinə cavab verilmir, belə insan hüquqları qorunar?
Adını çəkmək istəmədiyimiz Agentlik əməkdaşı öncə problemi çözəcəyini desə də, sonradan Qarabağ qazilərinə birbaşa hərbi tibb müəssisələrinə göndəriş verilməsinin qaydalara (?) zidd olduğunu, öncə ikinci – üçüncü səviyyəli (?) tibb müəssisələrindən keçməyin gərəkliyini vurğuladı. Açıq şəkildə qazilərə keyfiyyətli tibbi xidmət göstərilməsindən imtina edilir! (?) Belə ikinci – üçüncü səviyyəli xidmətlə isə nə sağlamlıq qorunar, nə də hüquq. Qorunan yalnız dövlət tibb müəssisələrini pulsuz “özəlləşdirib”, pullu xidmətlər hesabına pullarla dolan məmur cibləridir.
Məğrur BƏDƏLSOY