Şagirdi döyən direktorun yerinə TƏYİNAT OLUB

Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbinə yeni direktor təyinatı olub.

Sozcu.info bildirir ki, məlumatı APA-ya Abşeron-Xızı Regional Təhsil İdarəsindən təsdiqləyiblər.

Məlumata görə, bu vəzifəyə idarədə metodist vəzifəsində çalışan Nuranə Vəliyeva təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl məktəbinin keçmiş direktoru Çinarə Atayevanın şagirdlərdən birini döyməsi və mobil telefonunu qırması ilə bağlı mətbuatda məlumat yayılmışdı. Bu səbəbdən isə direktorun əmək müqaviləsinə xitam verilmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}