Səfir Elmira Axundova Misir Qasımlı ilə bağlı sükutu pozdu

Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevaya müraciət edib. O, hüquqlarını müdafiə etdiyi Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlu barəsində başlanmış cinayət işinin istintaqı zamanı prosessual hüquq pozuntularına yol verildiyini, Ukraynanın Kiyev vilayəti üzrə Obuxov Rayon Məhkəməsində işə qeyri-obyektiv baxıldığını bildirib. Ombudsman Səbinə Əliyevaya həmin məsələ ilə bağlı Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinetsə müraciət edib. İnsan hüquqları üzrə müvəkkil S.Əliyeva vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsi və təminində səlahiyyətləri çərçivəsində kömək göstərilməsini xahiş edib. Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili tərəfindən verilmiş cavab əsasında vəkil Dobranitsa Valeriy Mixayloviçə rəsmi məktub ünvanlanıb”.

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu isə bildirdi ki, Azərbaycan hökuməti Misir Qasımlının hələ də həbsdə saxlanılması ilə bağlı ortaya mövqe qoymalı, qazini vəkil və hüquqşünasla təmin etməlidir: “Azərbaycanın bir qazisi Ukraynada şərlənib, həbs edilir, dövlətin hüquq sistemi, Ombusdmanı isə susub. Bu, yolverilməzdir, dərhal tədbir görülməlidir! Məlum məsələdir ki, Ukraynadakı səfirliyimizin adı var, özü yoxdur. Heç olmasa, digər aidiyyəti orqanlar hərəkətə keçməlidir”.

Bəs Azərbaycan Qaziləri İctimai Birliyi qazi Misir Qasımlı ilə maraqlanırmı? Qurumun sədri, Qarabağ qazisi Asəf Əliyev sorğumuza bu cür cavab verdi: “İlk növbədə Ombusdman, Ukraynadakı səfirliyimiz işə keçməlidir. Araşdırılmalıdır ki, Misir Qasımlı hansı şəraitdə, niyə həbs edilib? Bütün bunlar araşdırılandan sonra məsələyə müdaxilə edilməlidir. İctimai təşkilat olaraq bizim əlimiz Ukrayna çatmır, əsasən ölkə daxilindəki qazilərimizin problemləri ilə maraqlanır, onlara dəstək olmağa çalışırıq. Tutaq ki, burdan onlara müraciətlər ünvanlasaq, hara gedib çıxacaq ki?

Xatırladım ki, bir müddət bundan əvvəl Misir Qasımlı ilə bağlı məsələ Milli Məclisdə də qaldırıldı və QHT-lər də müraciətlər etdi. Lakin nəticəsi olmadı. Bunun üçün də bir daha qeyd edirəm ki, bu məsələni dövlət qaldırmalıdır. Əgər Ukraynada yaşayan bir Vətən müharibəsi qazimiz Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda döyüşlərə qatılıbsa, canın, qanın fəda edibsə, onu qorumaq hər birimizin borcudur".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}