Naxçıvanda daha bir TALAN ÜNVANI... - Dövlətə təkcə MADDİ ZİYAN VURMURLAR...


Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidmətindən redaksiyamıza çoxsaylı şikayət məktubları daxil olur. Şikayət məktublarında çox ciddi qanunsuzluqlardan bəhs edilir.

Hurriyyet.az xəbər verir ki, dia.az bu qəbildən növbəti şikayəti təqdim edir:

"Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti... Naxçıvandakı dərəbəylik ünvanlarından biri də bu mühüm və strateji xidmətdir. Bu xidmətin strateji əhəmiyyəti onun gəlir mənbəyidir... Hər addımda əhalini soymağa adət etmiş məmurlar hərbi çağırışı da bazara çevirmiş, hərbi çagırışdan milyonlarla vəsait əldə edərək öz bisznes imperiyalarını qurmuşlar...

Hərbi çağırışın biznes maqnatı isə xidmət rəisi Mirzə Cəlilovdur... Naxçışəhər polis idarəsinin rəisi vəzifəsindən hərbi sistemə "perevod" etmiş polis Mirzə birdən- birə hərbin sirlərinə vaqif olmuş, gəliri xidmətdən saxlama, birdəfəlik saxlama, xidmətdən yayındırma və s bu kimi mənbələrdən əldə etməklə birbaşa orduda əsgər sayının komplektləşməsinə mane olmuşdur..

Dövlətin ordu kimi strateji sahəsinə düşməndən artıq zərbə vuran polkovnik Mirzə Cəlilov birdəfəlik saxlamadan 10 min, bir çağırış möhlətindən 2 min, yayındırmadan 3 min, hərbi xidmət istiqamətini dəyişmədən 2 min almaqla dövlətin hərbi siyasətinə zərbələr vurmağa davam etmişdir.... Naxçıvan qeydiyyatından çıxmaq istəyənlərə "Ali Məclisin" tapşırığını" çatdıran Mirzə vətəndaşlara süni maneələr yaratmış, bu işin də pul dövriyyəsini təşkil edə bilmişdir... Polkovnikin "xidmətləri" bununla bitməmiş, işə qəbul zamanı hər işçidən 17 min manatı 10 min dollar şəkilində almaqla xidməti rüşvət yuvasına çevirmişdir... Yanında bəslədiyi 2 qolubəyisi Elmar Məmmədov və Elnur Əsgərov isə xidmət rəisinin "tapşırıqlarının" icrasına nəzarət üçün mütəmadi rayon və şəhər bölmələrini ziyarət edir, işlərin gedişatına "nəzarət" edirlər...

Qısa müddətdəki fəaliyyətinə baxmayaraq "Audi Q7" markalı avtomobildə gəzən xidmət rəisi öz şəxsi maşınını xidmətin qarajında saxlayır, gizlədir, xidməti maşınını isə açıq havada saxlatdırır. Dövlətin ona verdiyi vəzifə səlahiyyətindən istifadə edən polkovnik Cəlilov xoşu gəlmədiyi adamların əmək haqqını kəsir, hətta məzuniyyət xərci və digər gəlirlərə də əl qoyur. Bu da azmış kimi, dövlət büdcəsindən xidmətə ayrılan 3,5 milyon vəsaitin hara xərclənməsi isə məlum deyil... Mirzə Cəlilovun Türkiyədə qurduğu biznes şəbəkəsinin də hansı gəlirlər əsasında qurulduğu da xüsusi xidmət orqanları tərəfindən araşdırılmalıdır..."

Bütün bunlar Naxçıvanda səfərbərlik xidmətinin üzdə görünən xırda-para işləridir.. Əminik ki, xidmətin fəliyyəti geniş araşdırılacaq və günahkarlar cəzasını çəkəcəkdir..

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}