26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov azadlığa buraxılıb.
Sozcu.info xəbər verir ki, Missiya.Az-ın əldə etdiyi məlumata görə, bu gün Bakı Apellyasiya Məhkəməsində Əhməd Əhmədovun şikayətinə baxılıb və sabiq nazirin iddiası təmin olunub.
Əhməd Əhmədov məhkəmə zalından sərbəst buraxılıb.
Xatırladaq ki, Əhməd Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad olunmuş və üzərindən 4 il keçəndən sonra o, müvəqqəti məskunlaşdığı Bakı şəhərindən Naxçıvana çağırılaraq 11 il müddətinə həbs edilmişdi. Sabiq nazir külli miqdarda dövlət əmlakını mənimsəməkdə günahlandırılmışdı.