Xanlar Vəliyev YAXASINI KƏNAR TUTA BİLƏCƏKMİ? - AKTUAL

Xanlar Vəliyev YAXASINI KƏNAR TUTA BİLƏCƏKMİ?
2017-ci ilin may ayının 7-də Azərbayacn hüquq mühafizə orqanları məlumat yaydı ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxslər həbs edilib.
Açıqlamada bildirilirdi ki, həmin şəxslər haqqında Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Yüzlərlə hərbçi “Tərtər işi” adı altında ittiham edilərək, mühakimə olundu, işgəncələrə məruz qaldı. Ölənlər də oldu. 2021-ci ildə yenidən bu məsələyə baxılmasına qərar verildi. Müəyyən olundu ki, həmin hərbiçilər, yəni sözügedən 405 nəfər əslində günahsız imiş. Onların bəzilərinə artıq bəraət də verilib. Üzərlərindən “vətən xaini” adı götürülüb. Amma “Tərtər işi”ni Azərbaycan tarixinin qara ləkəsi adlandırmaq olar.

Bu hadisələrin xüsusən də Azərbaycan əsgərinin iradəsini ortaya qoyan Aprel döyüşlərindən sonra baş verməsi şübhələri ikiqat artırır - qalib əsgərə qarşı qisas əməliyyatı versiyasını önə çıxarır. Bu isə mütləq Azərbaycana düşmən mövqedə olan ölkələrin gizli əli ilə törədilə bilərdi. Çünki həmin hadisələr zamanı ittiham edilənlər, işgəncə görənlər, həqiqətən də Azərbaycan üçün canından keçməyə hazır olan, vətənə xəyanət etmədən döyüşənlər idi. Sanki o əsgərləri elə buna görə cəzalandırmaq istəyiblər. Bəlkə də bu hərbçiləri ittiham edən, günahlandıran işgəncə verən içimizdəki xainlər olmasaydı, Azərbaycan daha əvvəl torpaqlarını işğaldan azad edə bilərdi!? Amma bu gün bir reallıq var – yüzlərlə hərbçi günahsız yerə işgəncələrə məruz qalıb, öldürülüb.

DİA.AZ-ın məlumatına görə, “Milli Dirçəliş Hərəkatı” Partiyasının sədri Fərəc Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, onun Tərtər hadisələri ilə bağlı fikri ilk gündən birmənalı olub.

“Deyirdim ki, əgər araşdırma zamanı məlum olsa ki, hansısa əsgərin və yaxud da generalın belə vətənə xəyanət etməklə bağlı hərəkəti varsa, onlar ağır cəza almalıdır. Yox, əgər günahsız bir əsgərə, zabitə, nəinki cəza verilib, hətta xətrinə dəyilibsə, onlara böhtan atan adamlar ən ağır cəzanı almalıdır. Mənim ilk gündən mövqeyim bu olub! Bununla bağlı bir neçə internet televiziyasında müsahibələr vermişəm. Hətta, orada mənə birisi sual verdi ki, bu məsələlər yenidən araşdırıla bilər? Mən də dedim ki, mümkündür. Doğrudan da elə oldu ki, işə yenidən baxıldı”,- deyə partiya sədri qeyd edib. O bildirib ki, məsələlər araşdırılır, reallıqlar gün üzünə çıxır.

Göründüyü qədər ölkə Prezidentinin də mövqeyi bu məsələni aydınlaşdırmaq və günahkarların cəzalandırılmasıdır.

“Bu səbəbdən də, bəzi şəxslərin bu məsələni gündəmə gətirməsi, günahkarlar haqqında danışması gec də olsa, hər halda təqdirəlayiqdir. Bu məsələlər yarımçıq qalmamalıdır. Çünki, bir əsgər, zabit dövləti üçün döyüşübsə, can qoyubsa ona qarşı nəinki cinayət işi açmaq, onu əzmək, ona qarşı hətta bir xoşagəlməz söz demək cinayətdir. Bu mənada kimliyindən asılı olmayaraq prosesin inkişafında günahkarlar sərt cəzalanacaqdır. Burada məsələ ciddi şəkildə aydınlaşmalıdır. Əgər biri vətənə xəyanətdə günahkardırsa , kimliyindən asılı olmayaraq ən ağır cəzanı almalıdır. Yox günahsız yerə ona qarşı təpki olubsa və yaxud da o ləkələnibsə müvafiq məmurlar, istintaqçılar, kim olursa-olsun ən ağır cəzasını almalıdır”,- deyə Quliyev əlavə edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}