28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Səsləndirilən iddialar tamamilə yalandır. Əvvəla, o diplomun saxta olub-olmadığını sübut etmək lazımdır”.
Sozcu.info xəbər verir ki, bu sözləri Ölkə.Az-a açıqlamasında sabiq təhsil naziri Misir Mərdanov deyib. O, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq eks sədri Vasif Talıbova saxta diplom verməsi barədə iddiaları yalanlayıb:
“İkincisi, məhz o diplom verilən zaman təhsil naziri vəzifəsində çalışırdım. Üçüncüsü də, bir ildə ali məktəbi 3 min adam bitirirsə, rektor bütün diplomlara cavabdehdirmi?!”, - deyə o söyləyib.
Qeyd edək ki, Milli Məclisin deputatı Etibar Əliyev Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun saxta diplom aldığını yazıb.
V.Talıbova BDU-da hüquqşünas ixtisası üzrə saxta diplom verən şəxsin BDU-nun eks rektoru, sabiq təhsil naziri Misir Mərdanov olduğu deyilir.