İranın dövlət televiziyası Qarabağı “Arsax” adlandırıb

Ermənistanın “Regionmonitor.com” saytı yazır ki, ermənilərə xüsusi rəğbət bəsləyən iranlı ekspert Ehsan Movəhhediyan İran dövlət televiziyasının xəbər kanalında Laçın dəhlizinin bağlanmasından danışarkən qondarma “Arsax” terminindən istifadə edib. 
Daim anti-Azərbaycan kampaniyası aparmaqda canfəşanlıq edən bədnam ekspert iddia edib ki, Laçın dəhlizini “bağlamaqla” Bakı hansı “humanitar böhran yaradır”. O, bu dəhlizin Azərbaycan hərbçiləri tərəfindən ekoloji fəallar adı altında “bağlandığını” vurğulayıb.
Movəhhediyan deyib ki, Ermənistan Laçın dəhlizinin "bağlanmasına" etiraz olaraq Moskvada keçirilməli olan üçtərəfli görüşdə iştirak etməkdən imtina edib. 
Erməni saytı qeyd edir ki, qondarma “Arsax” sözünün İran dövlət televiziyasında işlədilməsi görünməmiş haldır.
Ülviyyə, Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti