“Şəxsi heyətə verilən əmək haqqının 25 faizi qanunsuz yerə tutulur” – FHN ƏMƏKDAŞINDAN ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT


Xaçmaz rayon sakini Cəlilov Rəhim Siyavuş oğlu Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu göndərib. Şikayətçi iddia edir ki, Fövqələdə Hallar Nazirliyinin hərbi hissəsində baş leytenat Vəli Vəlibəyov şəxsi heyətin əmək haqlarının və il sonunda verilən 13-cü əmək haqqının 25 faizini qanunsuz yerə tutur.

“Mən, Cəlilov Rəhim Siyavuş oğlu, Fövqəladə Hallar Nazirliyinin Xaçmazda yerləşən hərbi hissəsində gizir rütbəsində və baş sürücü vəzifəsində xidmət edirəm. Hərbi hissənin komandiri, baş leytenant Vəli Vəlibəyov şəxsi heyətin əmək haqlarının kəsilməsində və şəxsi heyətin “boğazına təpik” qoyulmasında baş roldadır. İlin sonunda dövlətimizin bizə verdiyi 13-14-cü əmək haqqının 25 faizinin tutulmasını göstəriş verərək, 250-300 manatı kəsir.  Etirazlarımızı bildirdiyimiz halda isə, bizi şərləyərək ağır cəza sisteminə məruz qoyur.

Hər çıxışında “cənab Prezidentin və cənab nazirin ən böyük səhvlərisiniz ki, sizi işlə təmin ediblər, sizlərlə işləməyə utanıram”, - deyərək bizi və ailələrimizi təhqir edir.

Dəfələrlə şikayətimizi cənab nazirə bildirmək istəsək də, hər yolla bizlərə mane olmağa çalışıb. “Şikayət etsəniz, artıq-əskik danışsanız işinizdən olacaqsınız”, - deyir. Ailəmizi dolandırmağın, kasıbçılığın dərdindən onun kimi insanların sözünü götürürük. Xahiş edirəm, mənim şikayətimi işıqlandırasınız”.

Qeyd edək ki, məlum iddialarla bağlı Fövqəladə Hallar Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərinə cavab verən olmadı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}