Vasif Talıbovun qardaşının yerinə təyinat oldu


Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi İlham Babayev tutduğu vəzifədən azad edilib.

Sozcu.info xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, digər əmrlə o, Şəmkir hərbi prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa, baş prokuror Kamran Əliyevin imzaladığı daha bir əmrlə Sənan Paşayev Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsindən azad edilərək Naxçıvan MR prokurorunun müavini təyin olunub.

Qeyd edək ki, dekabrın 28-də Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib. O, Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq ediblər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}