Prezident Ərdoğan seçkilərin vaxtı ilə bağlı açıqlama verdi


Hurriyyet.az xəbər verir ki, Türkiyədə prezident seçkilərinin vaxtı dəyişdirilə bilər. Bu barədə məlumatı Türkiyə Prezidenti R.T.Ərdoğan bugünkü çıxışında verib.

O, deyib ki, 18 iyun tarixində keçirilməsi nəzərdə tutulmuş seçkilər aharda da keçirilə bilər.

Xatırladaq ki, Ankaradakı müxtəlif mənbələr mətbuata açıqlamalarında Türkiyədə prezident seçkilərinin 30 aprel, 7 may və ya 14 may tarixlərində keçirilə biləcəyini xəbər vermişdilər.

Ərdoğan deyib: “Cəmiyyətdə müzakirə edilənlər bizim gündəmimizdəolur. Su bir yerdə dayanmır”.

Ərdoğan AKP (Ədalət və İnkişaf Partiyası) ilə Milliyyətçi Hərəkat Partiyasının ittifaqının namizədi kimi seçkilərdə iştirak edəcək. Müxalifət hələlik öz namizədini seçməyib.



Oxşar Xəbərlər

Xəbər lenti