Göygöl Rayon Məhkəməsi laborotoriya müdiri haqqında "hökm" çıxardı...


Göygöl rayon mərkəzi Xəstəxanasında, iki həkimi aralarında düşən münaqişə, məhkəmə çəkişməsinə kimi uzanmışdır. Laborotoriya şöbəsinin müdiri Zeynalabdin Əliyev, həmin xəstəxananın cərrah həkimi İlkin Əliyevi iş yerində döyərək sağlamlığına ciddi xəsarət yetirmişdir.

Bununla bağlı Göygöl rayon Polis şöbəsində aparılan işin yekun hissəsini, məhkəmə hökmü ilə tamamladı.

Söhbəti gedən xəstəxananın laborotoriya müdiri, Zeynalabdin Əliyev, Göygöl rayon məhkəməsinin hökmü ilə, iki il azadlıqdan  məhrum edilmə cəzası, 2 il sınaq müddətinə şərti tətbiq edilmə ilə əvəzlənib.

Nəticədə Göygöl rayon Mərkəzi xəstəxanasının müdiri V.Əliyev, məhkəmənin hökmünə əsaslanaraq, laborotoriya müdiri Zeynalabdin Əliyevi, əmək  məcəlləsinin 70 ç bəndi ilə tutduğu vəzifədən, 09 oktyabr 2023 cü il tarixdə kənarlaşdırıbdır.
 Lakin bu gün, yəni ki, 10 oktyabr 2023 cü il tarixdə xəstəxanaya Laborotoriyanı təhvil vermək adı altında gələn, Zeynalabdin Əliyev xəstəxanada iş fəaliyyətinə davam etməkdədir.

Əldə etdiyimiz məlumatlara görə, xəstəxananın hüquqşünastı, Zeynalabdin Əliyevə izah etsədə ki, siz rəhbərlik tərəfində tutduğunuz vəzifədən kənarlaşmısız, adı çəkilən laborotoriya müdiri deyilənlərə əhəmiyyət vermir, iş fəaliyyətinə əvvəlki qaydada davam edir.

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}