Hicran Rüstəmov işdən çıxarıldı - 212 milyonluq yeyintidə ittiham olunur


Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.

Sozcu.info APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndi rəhbər tutularaq Hicran Yaqub oğlu Rüstəmov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad olunub.

Qeyd edək ki, daha əvvəl Hicran Rüstəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilməsi barədə məlumat yayılmışdı.

Məlumata görə, o, Səbail Rayon Məhkəməsinin 13.12.2022-ci il tarixli qərarı ilə həbs edilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}