MİRZOYAN PAŞİNYANIN RİYAKARLIĞINI İFŞA ETDİ - "Qarabağda ildırımsürətli əməliyyat olacaq..."


Qarabağdakı dinc erməni əhali ilə işləri, təmasları gücləndirməli, onların cəmiyyətimizə inteqrasiyası üçün stimullaşdırıcı tədbirləri intensivləşdirməli, ümumən bunun üçün bitkin bir “yol xəritəsi” ortaya qoymalı və ayrı bir çıxış yolunun qalmadığına Qarabağ ermənilərini israrla, səbir və təmkinlə inandırmalıyıq...

*****

“Son vaxtlar gedən proseslər onu göstərir ki, Qarabağın dağlıq hissəsində ermənilərin yaşadığı ərazilər yaxın 6 ayda Azərbaycanın yurisdiksiyasına keçəcək”.

Bunu politoloq Qabil Hüseynli Musavat TV-nin efirində deyib.

Azərbaycan Ordusunun kəşfiyyat qüvvələri həm yerdən, həm də peyk, həm də dronlardan istifadə etməklə qanunsuz erməni silahlılarının yerləşdiyi ərazilərin hamısını nəzarətdə saxlayır. Yəni Azərbaycan Ordusunun əlində bununla bağlı dəqiq kəşfiyyat məlumatları var. Əgər bu qanunsuz silahlılar ərazimizdən sonuncu nəfərinə qədər çıxmasa, Azərbaycan Ordusu bütün detallarına qədər işləyib hazırladığı məhdud miqyaslı antiterror əməliyyatını tətbiq edəcək. Bu əməliyyatda dağ qoşun hissələri, xüsusi təyinatlılar, komandolar - ordumuzun elitası iştirak edəcək, döyüş texnikalarımız, xüsusilə PUA-lar tam hazır vəziyyətdədir. Bu, bizim Qarabağda keçirdiyimiz antiterror əməliyyatı olacaq. Əməliyyatın müddəti 3-5 gün çəkəcək - ildırımsürətli əməliyyat olacaq” -deyə, politoloq bildirib. 

Niyə də olmasın? İrəvan rəsmilərinin separatçı ünsürlərə açıq-aşkar və hər cür dəstək verməsi, qondarma “xin” başçısını rəsmi şəxs kimi qəbul eləməsi, həmçinin oyuncaq rejimə maliyyə yardımlarını getdikcə artırması əslində bunu qaçılmaza çevirib.

Öz növbəsində Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay hesab edir ki, hazırda çox təhlükəli bir vəziyyət yaranıb: “Çünki Rusiya Abxaziya, Cənubi Osetiya, Donbas və Krım modelini Qarabağda da tətbiq etmək istəyir. Ancaq müharibə səbəbindən Rusiyanın bu istəyi ürəyində qalıb. Rusiya bir tərəfdən bölgəni nəzarətdə saxlamaq istəyir, digər tərəfdən də məsələyə Ermənistanla Azərbaycan arasında problem kimi baxdığını bildirir”.

Analitikin sözlərinə görə, mövcud vəziyyət Ermənistana sərf etmir: “Ona görə ki, Qarabağ indiki Ermənistan hakimiyyəti üçün ciddi iqtisadi yükdür. Azərbaycan üçün də 44 günlük müharibədən sonra Qarabağ probleminin yenidən başlaması təhlükəlidir”.

Politoloqun fikrincə, əslində Rusiya regionda kiçik problemləri qabartmaqla, buna diqqət çəkməklə Ruben Vardanyan üzərindən vaxt qazanmağa çalışır: “Əgər Moskva Vardanyanı Qarabağa göndərməklə əldə etmək istədiyi nəticəni qazanıbsa, onu başqasının əvəz etməsinə göz yuma bilər. Əks halda, məsələni böyüdərək bölgədə mövcudluğunu davam etdirməyə çalışacaq. İstənilən halda Rusiya sülhməramlı qüvvələrinin Qarabağda qalma müddətini uzatmaq üçün mövcud böhranları daim tətikləyəcək”.

Rusiyanın əl ata biləcəyi mümkün ssenarilər, “kartlar” isə təxminən bəlli. Azərbaycan da, Türkiyə də çoxdan bunun fərqindədir.  Bakı Kremlin, eləcə də digər qlobal güclərin əlindəki “erməni kartı”nı faktiki vurub. Üstəlik, Rusiya indi heç vaxt olmadığı qədər və kifayət qədər uzun müddətə Azərbaycan-Türkiyə tandemindən asılı duruma düşüb. Hansı tandemi ki, həm də Şuşa Bəyannaməsi birləşdirir.

azpolitika.info



Oxşar Xəbərlər

Xəbər lenti