Vasif Talıbov dünya çempionunun qardaşına da işgəncə verdirib, əmlaklarını əlindən alıb


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov iş adamı İsgəndər Cabbarova işgəncə verdirib.

Hurriyyet.Az-ın xəbərinə görə, bu barədə onun qardaşı dünya çempionu Güloğlan Cabbarov məlumat verib.

Güloğlan Cabbarov: “Onlar müharibə vaxtı avtobusun arxa qapısından  qaçanlardan olublar” Pravda.az

“Böyük qardaşım İsgəndər Cabbarov və onun biznez ortağı Hacı Qasım Şərurda kiçik və orta sahibkarlıqla məşğul olublar. İsgəndər Cabbarov və Hacı Qasım rayonda yanacaq doldurma məntəqəsi, otel, restoran, fermer təsərrüfat işləri, əkinçilik və bir neçə müəyyən xeyirverici işlərlə məşğul olurdular, hətta hərbi hissələrə belə, bayramlarda həm ərzaq, həm də ianələr edirdilər. Hadisələr elə bir yüksək sürətlə baş verdi ki, bir anın içində, gözümüzü açıb yummamış bu xeyirxahlıqlarla məşğul olan 6 uşaq atası qardaşım İsgəndərin və onun şəriki Hacı Qasımın işgəncələrə məruz qalaraq, bütün əmlaklarının əlindən alınıb, müflis olmasına şahid olduq. İsgəndər heç bir zaman özünü xalqdan seçməyən, hətta lazım gələndə, zəmilərə düşüb, işçilərlə birlikdə çalışan, işçi haqqı yeməyən, rayon yerində iki yüz, üç yüz adama çörək verən iş adamıydı. Onun gördüyü işləri və zəhmətkeş çalışmaları hər zaman, böyük təqdirə layiq olub. Hətta yadımdadır ki, Vasif Talıbovun rəhmətlik atası Yüsif Talıbov da dəfələrlə İsgəndərin təsərüfatına gələrək onun gördüyü işlərə məmnunluq ifadə edib. Amma deyir, “sən say saydığını gör fələk, nə sayır”. Gün gəldi bu sadaladığım hər şey, sanki bir vətən xaininin əmlakı müsadirə olunurmuş kimi qardaşımın başına gəldi. Ədalət topaldır, amma gec-tez mənzilinə çatır. Qardaşım İsgəndər də Naxçıvanda yüzlərlə müflis edilmiş, sanki erməni əsirliyində imiş kimi işgəncələrə məruz qalan iş adamlarından biridir. Dövlətimiz güclüdür və qüdrətlidir. Cənab Prezidentimiz humanistdir, həmçinin ədalətlidir. Biz hər zaman bir ailə olaraq Heydər Əliyev siyasi kursuna sadiq insanlarıq və ən çətin günlərdə - AXC-Müsavat hakimmiyyəti zamanında da bu günkü hakimmiyyəti dəstəkləmişik və sədaqətimizi göstərmişik. Bu məsələdə də cənab Prezidentimizin və aidiyyəti qurum rəhbərlərinin bu işə ədalətli şəkildə yanaşacağına heç bir şübhəmiz yoxdur. Əminik ki, bu haqsızlıq öz həllini gec-tez tapacaq”, - G.Cabbarov bildirib.\\Pravda.az



Oxşar Xəbərlər

Xəbər lenti