27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Mayın 11-də Suraxanı Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar-görüş qəbulu Əmircan qəsəbəsinin sakinləri ilə keçirilib.
Sozcu.info xəbər verir ki, N.Salamov adına 97 nömrəli tam orta məktəbdə keçirilən qəbulda RİH başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak ediblər.
İştirakçılar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
RİH başçısı Əziz Əzizov çıxışında ötən gün müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün Suraxanı rayonunda da böyük həyəcan və sevinclə qeyd edildiyini vurğuladı. O, bildirib ki, Azərbaycan xalqı XXI əsrə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir.
Daha sonra ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər qeydə alınaraq rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə həlli istiqamətində lazimi tapşırıqlar verilib.
Qəsəbə sakinləri çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sozcu.info