Ermənilər mövqelərimizi zərbə PUA-ları ilə vururlar - MN

"Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib".
Sozcu.info xəbər verir ki, bu barədə Müdafiə Nazilriyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir:
"Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur".
Qeyd edək ki, mayın 10-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla təxribat törədiblər.
Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Vidadi oğlu Mahmudlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.
Təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub.
Cəbhədə gərginlik hələ də davam etməkdədir.



Oxşar Xəbərlər

Xəbər lenti