Ərdoğan səs verdi - FOTO


Türkiyə vətəndaşları 13-cü prezidentini və beş il müddətinə fəaliyyət göstərəcək 28-ci dönəm parlamentini seçmək üçün səs verir.  Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda səs verib.

Sozcu.info xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda seçki məntəqəsinə həyat yoldaşı Əminə Ərdoğanla birlikdə gəlib və səs veriblər.

Ərdoğan səsini verdikdən sonra jurnalistlərə açıqlama verib: "Səs verdikdən sonra seçkiləri təkib edəcəyəm. Heç bir hadisə baş vermədən, narahatlıq yaşanmadan səsvermə davam edir. Nəticələri İstanbulda izləyəcəyəm".

Qeyd edək ki, səsvermə Türkiyə vaxtı ilə saat 08:00-da başlayıb, 17:00-da isə bitəcək.

 

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti