Qalmaqallı generalın yerinə Azər Məmmədov təyin edildi - FOTO

Qalmaqallı generalın yerinə Azər Məmmədov təyin edildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis müavini təyin edilib.
 Sozcu.info bildirir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, polkovnik Azər Məmmədov müvafiq əmrlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini təyin olunub.

O, bu təyinata qədər hüquq mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, hazırda xidmətin rəisi polkovnik Mürsəl İbrahimovdur. Onun 1-ci müavini general-leytenant Zaur Abdullayev isə ötən həftə vəzifəsindən kənarlaşdırılıb. Bundan əlavə Zaur Abdullayev qalmaqallı general kimi yadda qalıb. Onun 10 ilə ərzində baş leytenant rütbəsindən general rütbəsinə yüksəlməsi bir sıra müzakirələr yaratmışdı.

Qalmaqallı generalın yerinə Azər Məmmədov təyin edildi



Oxşar Xəbərlər

Xəbər lenti