Qazaxın 7 kəndi Azərbaycana qaytarılır - Paşinyan təsdiqlədi


Məlum olduğu kimi, mayın 22-də keçirilən mətbuat konfransında baş nazir Nikol Paşinyan Ermənistanın anklavları və Qarabağı əhatə edən 86,6 min kvadrat kilometr ərazisi olan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirib. 

Jurnalistin Tiqranaşen (Kərki) və Tavuş (Qazaxın kəndləri) anklavlarının Ermənistanın 29 min 800 kvadrat kilometr ərazisinə daxil olub-olmaması ilə bağlı aydınlaşdırıcı sualına isə Paşinyan belə cavab verib: “Yox”. 

Bununla da Paşinyan Qazaxın 7 kəndi ilə yanaşı, Naxçıvanın Kərki kəndinin Azərbaycana məxsus olduğunu etiraf edib. 

Sozcu.info xəbər verir ki, bu barədə nüfuzlu “Moskovski komsomolets” qəzeti məqalə ilə çıxış edib. 

Qəzet Ermənistan Baş nazirinin bəyanatına istinadən yazıb ki, Paşinyanın qalmaqallı bəyanatı onun siyasi gələcəyinə son qoya bilər.  

“Ermənistanın Baş naziri hesab edir ki, Bakı ilə gələcəkdə danışıqlar sülh müqaviləsinin mətninin formalaşmasına gətirib çıxara bilər və burada hər iki tərəfə aid bütün detallar dəqiqləşdiriləcək. 

Lakin danışıqlar ərəfəsində (Paşinyan-Putin-Əliyev arasında gözlənilən görüş nəzərdə tutulur - red) bu gözlənilməz mövqe İrəvanın özünəməxsus kapitulyasiyası kimi görünə bilər. Son vaxtlar hakimiyyətin kursuna kifayət qədər mənfi münasibət bəsləyən Ermənistan cəmiyyəti hakimiyyətin məğlubiyyətli qərarına görə parçalana da bilər”, - Rusiya nəşri qeyd edib. 

Hakimiyyətə yaxın erməni analitiklər isə hesab edirlər ki, hazırda Paşinyan iqtidarı üçün ən yaxşı çıxış yolu Bakının tələblərinə əməl edib yekun sənədə imza atmaqdır. Onların fikrincə, yalnız bu yolla Ermənistanı dirənmiş olduğu dalandan xilas etmək mümkündür. 



Oxşar Xəbərlər

Xəbər lenti