Prezidentdən Naxçıvanla bağlı - Sərəncam


Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib.

Sozcu.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin işçilərinin say həddi 655 ştat vahidindən 757-ə çatdırılıb. 

Həmçinin, dövlət xidmətinin tərkibində Naxçıvan regional miqrasiya baş idarəsi yaradılıb. 

qafqazinfo.az



Oxşar Xəbərlər

Xəbər lenti