26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin həbsi ilə əlaqədar Ali Məhkəməyə hələ şikayət verilməyib.
Bu sözləri Axar.az-a açıqlamasında R.Rzayevin vəkili Səlahəddin Cəfərov deyib.
“Bununla bağlı Apelyasiya Məhkəməsinin qərarı sistemə hələ daxil edilmədiyi üçün Ali Məhkəməyə müraciət edə bilməmişik. Qərar sistemə yerləşdirilikdən sonra müraciət edəcəyik”, - deyə vəkil bildirib.
Qeyd edək ki, R.Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib.