Oğan aparıcını biabır etdi: Azərbaycana giriş qadağası…


Türkiyəli teleaparıcı Nagehan Alçı Tvitter səhifəsində Türkiyədə keçirilən prezident seçkisinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyinə görə Sinan Oğanı ittiham edib və onun milli kimliyi ilə bağlı əsassız ifadələr işlədib.

Sozcu.info xəbər verir ki, Alçı Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına həqiqətə uyğun olmayan fikirlər də yazıb.

Sinan Oğan onun bu fikirlərinə səssiz qalmayaraq, Nagehan Alçıya cavab verib:

“Nagehan xanım, hamı kimi siz də mənim keçmişimi qurdalayıb qınamağa bir şey tapa bilməyəndə öz təxəyyülünüzü işə salmağa başladınız? Elə düşünürsüz ki, biz sizin məqsədinizin Azərbaycan Prezidentinin Türkiyədə daxili siyasətə qarışdığını iddia etmək və Türkiyədə anti-Azərbaycan cəbhəsi yaratmaq olduğunu bilmirik? Deyəsən, Azərbaycana giriş qadağanızın olmasının acısı hələ keçməyib!”

Qeyd edək ki, 2009-cu ildə Nagehan Alçı Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edib. Buna görə də, Azərbaycanda “arzuolunmaz şəxslər” siyahısına salınıb.



Oxşar Xəbərlər

Xəbər lenti