Ukraynadan Gürcüstanın və gürcülərin adının dəyişdirilməsi təklifi – ölkənin əsl adı başqa imiş


Sozcu.info xəbər verir ki, Ukraynanın Ali Radasının saytında dərc edilmiş qanun layihəsində Gürcüstanın adının Sakartvelo adı ilə dəyişdirilməsi təklifi irəli sürülüb.

Layihədə rəsmi səviyyədə, rəsmi yazışmalarda və əlaqələrdə, həmçinin, KİV-də “Gürcüstan” adı əvəzinə, ölkənin tarixi  və rəsmi adı olan “Sakartvelo” adından istifadə eləmək təklif edilir.

Müvafiq olaraq, gürcülər də “kartvel” adlandırılacaqlar.

Qanun layihəsinin müəllifləri belə bir addımın Kiyev ilə Tbilisinin yazınlaşmasına, həmçinin, “ölkənin adının ruslaşdırılmasından yaxa qurtarmağa” kömək edəcəyini bildiriblər.



Oxşar Xəbərlər

Xəbər lenti