Azərbaycanda yaşayan Türkiyə vətəndaşları "ƏRDOĞAN" dedi


Xəbər verdiyimiz kimi, ötən gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib.

Sozcu.info Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycandan səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.

Belə ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 53,59 faizi ( 2644 səs) “Cumhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı, 46,41 faizi isə, (2290 səs) “Millət İttifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna səs verib.

Bildirilir ki, Azərbaycanda olan səsvermədə 4983 Türkiyə vətəndaşı səs verib. Onlardan 4934 səs etibarlı, 49 səs etibarsız hesab edilib.



Oxşar Xəbərlər

Xəbər lenti