Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski bazar ertəsi Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşviliyə Tbilisi ilə Moskva arasında birbaşa uçuşların bərpası ilə bağlı rəsmi demarşı çatdırıb.
Bu barədə Qerçinski ilə birlikdə Aİ-nin bütün 27 dövlətinin səfirləri Gürcüstan baş nazirinin müavini ilə görüşüblər.
“Biz ona (Davitaşviliyə – red.) bildirdik ki, Gürcüstan hökumətinin Rusiyaya birbaşa uçuşları bərpa etmək qərarından təəssüflənirik. Bu qərar Aİ-nin 27 üzvünün Rusiyaya birbaşa uçuşlar həyata keçirməmək və Rusiya təyyarələrinin Aİ-yə üzv dövlətlərin ərazisi üzərində uçmasına icazə verməmək barədə yekdil qərarına ziddir”, – deyə səfir jurnalistlərə bildirib.
Qerçinski vurğulayıb ki, uçuşların bərpası ilə bağlı qərar Rusiya tərəfindən verilsə də, bunun üçün Gürcüstan hökumətinin də razılığı lazımdır.
“Biz həmçinin narahatlığımızı bildirdik ki, bu qərar Rusiyanı təcrid etmək və Rusiyaya Ukraynada hələ də davam edən qəddar, təcavüzkar müharibə ilə bağlı hərəkətlərini dəyişmək üçün təzyiq etmək əzmimizə ziddir”, – deyə avropalı diplomat bildirib.
Gürcüstanın baş nazirinin müavini də öz növbəsində avropalı səfirləri əmin edib ki, Aİ-nin sanksiyaları altında olan şirkətlər uçuşlar həyata keçirməyəcək və bütün gələn ruslar diqqətlə yoxlanılacaq. \\KONKRET.az