"Naxçıvanla dəmir yolu əlaqəsinin bərpasına çox yaxınlaşmışıq"

“Yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair görüşü keçiriləcək”.
Sozcu.info xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Bu gün razılıq əldə olunub ki, bu işçi qrupun çox yaxın vaxtlarda görüşəcək. Nəzərdən keçirilməli olan suallar Azərbaycan və Ermənistan arasında sərhədi keçmə üsulu ilə bağlı texniki detallara aiddir. Söhbət ondan gedir ki, bu sərhəddə pasport, gömrük və beynəlxalq sərhədlərdə mövcud olan bütün digər nəzarət növləri olacaq”, - Overçuk “İnterfaks”ın sualını cavablandırarkən deyib.
O qeyd edib ki, tərəflər bu gün Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu əlaqəsini bərpa edə biləcəyimizi deməyə çox yaxınlaşıblar:
“Ermənistan həm də Naxçıvandan, Sünikdən, Azərbaycandan Rusiyaya, digər Avropa İttifaqı ölkələrinə getmək və İrana da getmək imkanı əldə edir.
Xatırladaq ki, mayın 25-də Moskvada Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü baş tutub. Bildirilib ki, bir həftədən sonra baş nazirin müavinləri səviyyəsində üçtərəfli danışıqlar olacaq və bu danışıqlarda regionda nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə olunacaq.



Oxşar Xəbərlər

Xəbər lenti