26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Sozcu.info xəbər verir ki, yerli “Aftonbladet” nəşrinin yazdığına görə, İsveçin Ali Məhkəməsi PKK tərəfdarının Türkiyəyə ekstradisiya edilməsi barəsində qərar qəbul edib. Məhkəmənin ardından İsveç hökuməti qərarı təsdiqləməlidir.
Söhbət 2022-ci ilin avqustunda İsveçdə həbs edilmiş 35 yaşlı kişinin taleyindən gedir. Həbs Türkiyənin Adana Prokurorluğunun tələbi ilə həyata keçirilmişdi.
Nəşr İsveçin Ali Məhkəməsinin bu qərarı, NATO-nun 11-12 iyul tarixlərində Vilnüs şəhərində keçiriləcək sammiti ərəfəsində verildiyini də qeyd edib.
Bəlli olduğu kimi, İsveçin NATO-ya daxil olmaq üçün müraciətinə Türkiyə hələ müsbət rəy verməyib. Bunun səbəbi olaraq ölkənin PKK terror təşkilatını dəstəklədiyi göstərilir.