Azərbaycanla İran arasındakı problemlər rəsmi səviyyədə müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Sozcu.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib.
Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub.
Həmçinin, bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Oxşar Xəbərlər

Xəbər lenti