Rəşad Məcid: “Yazıçılar Birliyinin Qərbi Azərbaycan bölməsi fəaliyyətə başlaya bilər”


Qərbi Azərbaycanla bağlı Milli Məclisdə keçirilən dinləmədə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid tədbirin önəmindən bəhs edib.

Sozcu.info-nun xəbərinə görə, Rəşad Məcid bildirib ki, Yazıçılar Birliyinin Qərbi Azərbaycan bölməsi yaxın vaxtlarda fəaliyyətə başlaya bilər:

“Zəfərimizə qədər hər birimiz qarabağlı idik, indi isə qərbi azərbaycanlı olmalıyıq. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Qərbi Azərbaycan İcması gələcəkdə birgə layihələr həyata keçirməlidir”.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə Qərbi Azərbaycanla bağlı materialların hansı kanalda hazırlanmasından asılı olmayaraq, bütün mediada işıqlandırılmasını zəruri saydığını bildirib və bununla əlaqədar həm Mətbuat Şurasının sədri Rəşad Məcidə, həm də MEDİA-nın rəhbəri Əhməd İsmayılova müraciət edib.



Oxşar Xəbərlər

Xəbər lenti